Ağstafadakı partlayışda ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

22:11 - 22 Aprel 2023

Ağstafadakı partlayışda ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Ağstafa rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:15

Ağstafada kömür düzəldilən sexdə partlayış olub.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb.

Partlayış yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az