Bakı metrosunda sərnişin stansiya yoluna düşdü - Qatarlar gecikdi

19:42 - 23 Aprel 2023

Bakı metrosunda sərnişin stansiya yoluna düşdü - Qatarlar gecikdi

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.

 

Bu barədə Manset.az-a “Bakı Metropoliteni”ndən məlumat verilib.

Bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az