Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mecedes" ilə "NİVA" markalı minik maşınları toqquşub. Qəzadan sonra “NİVA” yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.