Zaqatalada zəlzələ baş verdi

16:04 - 24 Aprel 2023

Zaqatalada zəlzələ baş verdi

Bu gün saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

 

Bu barədə Manset.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3.7 olan yeraltı təkan 10 km dərinlikdə baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az