Biləsuvardakı partlayışda yaralananların vəziyyəti ağırdır

10:13 - 25 Aprel 2023

Biləsuvardakı partlayışda yaralananların vəziyyəti ağırdır

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Rəsmi məlumata görə, 2009-cu il təvəllüdlü qız və 2013-cü il təvəllüdlü oğlan Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağırdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az