Göyçayda avtomobil su kanalına aşdı - VİDEO

15:22 - 25 Aprel 2023

Göyçayda avtomobil su kanalına aşdı - VİDEO

Göyçay rayonunda avtomobil su kanalına aşıb, sürücü və sərnişinləri xilas edilib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini 34 yaşlı Məmmədalıyev Ziya Aftandil oğlunun idarə etdiyi "KİA" markalı minik avtomobili su kanalına aşıb.

Hadisə zamanı sürücü və avtomobildə olan iki sərnişin ətrafdakı insanların köməyi ilə sudan çıxarılıb.

Fakt araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az