Yevlaxda 2 avtomobil toqquşdu - Yaralılar var (FOTO)

15:05 - 26 Aprel 2023

Yevlaxda 2 avtomobil toqquşdu - Yaralılar var (FOTO)

Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "LADA 012" markalı avtomobillə "Renault" markalı avtomobilin toqquşub.

Nəticədə "LADA" markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıblar.

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az