Bakıda şadlıq evində dava düşdü - 2 nəfər bıçaqlandı

09:28 - 27 Aprel 2023

Bakıda şadlıq evində dava düşdü - 2 nəfər bıçaqlandı

Bakıda şadlıq evində dava düşüb, iki nəfər bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, dünən Binəqədi rayonu Binəqədi şossesində yerləşən "Vhite Palace" restoranında bıçaqlanma baş verib.

Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğluna sol döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək restorandan qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salmanov Polad Vüqar oğlu saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.

Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az