Bakıda mağazadan 4 minlik oğurluq

12:37 - 28 Aprel 2023

Bakıda mağazadan 4 minlik oğurluq

Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az