Oğuzda qəfil vəfat edən tələbənin ölüm səbəbi bilinib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 18 yaşlı A.Umarova son 1 ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.
O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
10:49
Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib.
Manset.az “Report"a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.