Onlayn alış-verişdə gecikmələr - Məhsullar ölkəyə çatır, amma alıcılara yox 

10:46 - 20 Fevral 2026

Onlayn alış-verişdə gecikmələr - Məhsullar ölkəyə çatır, amma alıcılara yox 

Son vaxtlar alıcılar elektron platformalardan sifariş verdikləri məhsulların təhvil alınmasında gecikmələr müşahidə edirlər. Tətbiqlərdə bağlamanın ölkəyə çatdığı göstərilsə də, lakin onun təhvil verilmə vaxtı olduqca gecikir.


Manset.az-ın Aztv-yə istinadən xəbərinə görə, karqo şirkətləri isə vurğulayırlar ki, məhsulların uzun müddət anbarda qalması və gec təhvil verilməsi yalnız müştəri məmnuniyyətinə təsir etmir, eyni zamanda şirkət üçün də əlavə saxlanma xərci deməkdir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Natiq Axundov bildirib ki, son zamanlar düzgün bəyan edilməyən və ümumiyyətlə heç bir bəyan edilməyən bağlamaların sayı artıb:

"Bu uyğunsuzluqların aşkar edilməsi istiqamətində araşdırmalar və tədbirlər aparılır".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az