SON DƏQİQƏ! Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU - YENİLƏNDİ

01:47 - 23 Avqust 2023

SON DƏQİQƏ! Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU - YENİLƏNDİ

Masallı-Cəlilabad rayonlarının inzibati sərhəddində zəlzələ olub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Manset.az-a bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala yaxın hiss olunub.


 

***01:37

Cəlilabadda zəlzələ olub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Manset.az-a verilən xəbərə görə, zəlzələnin maqnitudası 5-ə yaxındır. Zəlzələ cənub rayonlarında hiss olunub.

Stansiyalardan verilən məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan və Saatlıda zəif hiss olunub.

***01:31

Azərbaycanda zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az