Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. Bildirilib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.