İki güləşçimiz finala yüksəldi

22:45 - 12 Fevral 2024

İki güləşçimiz finala yüksəldi

Rumıniyada keçirilən güləş üzrə Avropa Çempionatı davam edir.

 

Manset.az  xəbər verir ki, 55 kq-da çıxış edən yunan-roma güləşçisi Rəşad Məmmədov gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya 5:1 hesabıyla qalib gələrək Avropa Çempionatının finalına yüksəlib.

Bundan başqa, Murad Məmmədov da eyni uğura imza atıb. O, rusiyalı Ənvər Allahyarova (AİN) xalqların keyfiyyətinə görə (3:3) qalib gələrək 6 illik fasilədən sonra yenidən Avropa Çempionatının finalına yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az