Arda Gülərin komandası uddu

07:51 - 14 Fevral 2024

Arda Gülərin komandası uddu

UEFA Çempionlar Liqasının son 16 turunun ilk oyununda  Arda Gülərin də çıxış etdiyi Almaniyanın RB Leipzig komandası ilə Real Madrid üz-üzə gəlib.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, "Red Bull Arena"da keçirilən matçda "Real Madrid" 48-ci dəqiqədə Brahim Diazın vurduğu qəşəng qolla "Leypsiq"i 1:0 hesabı ilə məğlub edib.

Karlo Ançelottinin komandası martın 6-da keçiriləcək revanş oyunundan əvvəl səfərdə qalib gələrək ciddi üstünlük əldə edib

Matçda  qol vuran  Brahim Diaz zədələndikdən sonra oyunu davam edə bilməyib və 84-cü dəqiqədə Lukas Vaskeslə əvəzlənib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az