Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

21:23 - 15 Fevral 2024

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

 

Manset.az  xəbər verir ki, bu gün yarışda qadın güləşçilər mübarizə aparırlar.

50 kq çəki dərəcəsində yer alan Azərbaycan güləşçisi Mariya Stadnik finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik 10-cu dəfə Avropa çempionu olub.

Bu gün Azərbaycan millisinin digər üzvü Alyona Kolesnik (59 kq) də final görüşünə çıxacaq. O, Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az