“Qalatasaray” qazandı

23:57 - 15 Fevral 2024

“Qalatasaray” qazandı

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

 

Manset.az  xəbər verir ki, sarı-qırmızılar Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşün taleyini həll edib.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Qonaqlarda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, matçın revanş qarşılaşması fevralın 22-də olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az