“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının rəmzi komandasında yer aldı - FOTO

18:42 - 16 Fevral 2024

“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının rəmzi komandasında yer aldı - FOTO

UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliyanın “Braga” klubuna 4:2 hesabı ilə qalib gələn “Qarabağ”ın 3 futbolçusu ilk oyunların rəmzi komandasına düşüb.

 

Manset.az xəbər verir ki, “SofaScore” nəşrinin versiyasında qapıçı Andre Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdulla Zubir 11 oyunçu arasında yer alıb.

Nəşrin qiymətləndirməsinə görə, Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib.

Qeyd edək ki, “Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az