Zubir Avroliqada həftənin ən yaxşısı seçildi

07:36 - 17 Fevral 2024

Zubir Avroliqada həftənin ən yaxşısı seçildi

"Qarabağ"ın oyunçusu Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.

 

Manset.az  xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyanı qabaqlayıb.

Zubir ötən gecə Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.

Sözügedən görüş "Qarabağ"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az