“Braqa” klubunun prezidenti “Qarabağ”a məğlubiyyətə görə komandasını tənqid etdi

12:28 - 17 Fevral 2024

“Braqa” klubunun prezidenti “Qarabağ”a məğlubiyyətə görə komandasını tənqid etdi

Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.

 

Manset.az report-a istinadən xəbər verir ki, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb.

O, orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib. Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az