Azərbaycanın daha 2 cüdoçusu finala yüksəldi

15:09 - 18 Fevral 2024

Azərbaycanın daha 2 cüdoçusu finala yüksəldi

Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

 

Manset.az xəbər verir ki, Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) həlledici raunda vəsiqə qazanıblar.

Vüqar Talıbov isə (90 kq) bürünc medal uğrunda qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az