"Real Madrid" Topuriyanı belə təbdik etdi

18:00 - 18 Fevral 2024

\"Real Madrid\" Topuriyanı belə təbdik etdi

"Real Madrid" dünən keçirilən UFC 298 turnirində avstraliyalı Aleksandr Volkanovskini məğlub edərək yarımyüngül çəkidə çempion olan İliya Topuriyanı təbrik edib.

 

Manset.az  xəbər verir ki, "Kral klubu"nun mətbuat xidməti gürcü əsilli İspaniya idmançısının uğuru ilə qürur duyduqlarını açıqlayıb:

"İliya Topuriyanı tarixi qələbə münasibəti ilə təbrik edirik. "Real"ın sadiq azarkeşi UFC çempionu olduğu üçün qürurluyuq".

Xatırladaq ki, Topuriya Kaliforniyanın Anahaym şəhərində (ABŞ) baş tutan turnirin əsas döyüşünə çempion kəmərini qorumaq üçün çıxan Volkanovskini ikinci raundda nokauta salıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az