İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, bu gün lider "Real" səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb. Madrid klubu 15-ci pillədə qərarlaşan rəqibi ilə oyunda xal itkisi ilə üzləşib - 1:1.
"Rayo Valyekano" - "Real" - 1:1
Qollar: Xoselu, 3 (0:1), Tomas, 27 (1:1)
Bu nəticədən sonra "Real" 62 xalla 1-ci, "Rayo Valyekano" 25 xalla 14-cü pillədə qərarlaşıb.