Daha 4 güləşçimiz Avropada medal qazandılar

23:12 - 18 Fevral 2024

Daha 4 güləşçimiz Avropada medal qazandılar

Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Manset.az  xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Azərbaycan millisi Avropa çempionatında indiyədək ümumilikdə 12 medal qazanıb. Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqram), Ülvi Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutublar. Qadın güləşçilərdən Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib. Sərbəst güləşçilər arasında isə Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) bürünc medal əldə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az