“Özümü axmaq kimi hiss edirəm” - “Bavariya”nın futbolçusu

16:36 - 19 Fevral 2024

“Özümü axmaq kimi hiss edirəm” - “Bavariya”nın futbolçusu

“Bavariya”nın futbolçusu Leon Qoretzka son zamanlar klubun zəif çıxışından danışıb.

 

Manset.az xəbər verir ki, almaniya millisinin futbolçusu  Münhen təmsilçisinin Bundesliqada məğlubiyyətə uğramasını “dayanmayan qorxu filmi” ilə müqayisə edib.

Ötən həftə “Bayer Levekuzen”ə 0:3 uduzan komanda bu dəfə “Bohum”a 2:3 hesabı ilə məğlub olub.

Yarımmüdafiəçi hazırda hər şeyin onların əleyhinə olduğunu deyib: “Bu, bizim fərdi səhvlərimizdir, onları düzəldib özümüzü sorğulamalıyıq. Özümü axmaq kimi hiss edirəm. Keçən mövsüm sona qədər inandıq və nəticə verdi. Buna görə də bunu yenidən bacaracağıq”.

Qeyd edək ki, “Bavariya”nın növbəti oyunu fevralın 24-də “Leypsiq”ə qarşı olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az