"Qalatasaray"ın səfərdə 3:0 hesabı ilə qalib gəldiyi Ankaragücü matçında "Qalatasaray"dan icarəyə götürülən futbolçu Kazımcan Karataşa azarkeşlər sərt reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 3-cü qolda penaltiyə səbəb olan ulduz futbolçu top hər dəfə ayağına gəldiyi zaman azarkeşlər tərəfindən yüksələn fit səslərindən sonra ikinci hissənin əvvəlində oyundan kənarlaşdırılıb.
Beləki, Ankaragücü azarkeşləri penaltidən sonra Kazımcan Karataşı fit çalaraq və yuhalayaraq etiraz ediblər.
Əfsanə Rəcəb
Manşet.az