Nərgiz İsmayılova İtaliya klubunun oyununa təyinat aldı

20:25 - 19 Fevral 2024

Nərgiz İsmayılova İtaliya klubunun oyununa təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.

 

Manset.az  AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 1/4 final çərçivəsində keçiriləcək “LKS Commercecon LODZ” (Polşa) və “Allianz Vero Volley Milano” (İtaliya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoitsa olacaq.

Görüş fevralın 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az