"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli oldu

10:27 - 20 Fevral 2024

\"Qarabağ\" - \"Braqa\" oyununun hakimləri bəlli oldu

Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.

 

Manset.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.

VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor finlandiyalı Petteri Karidir.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az