"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin "Ankaragücü" matçında rəqib tribunalara doğru etdiyi qalmaqallı əl hərəkəti insanların qəzəbinə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Qalatasaray"ın 3:0 hesabı ilə qalib gəldiyi matçda ribunadan çəkilmiş görüntülərin ortaya çıxmasından sonra Ankaragücü azarkeşləri sosial mediada üsyan edib.
Ankaragücü klubu isə TFF-yə müraciət edəcəklərini açıqlayıb. Bəzi sarı-qırmızılı azarkeşlər görüntünün montaj olduğunu iddia ediblər. Həmçinin, bildirilib ki, “Ankaragücü” tribunasından İkardiyə yad əşya atılıb. Matçdan sonra İkardi rəqib komandanın tribunasına əl hərəkəti edib.
"Fənərbağça"nın İdarə Heyətinin üzvü Burak Kızılhan isə bu addımın aşağı səviyyədə və tribunaları meydançaya endirmək cəhdi olduğunu bildirib. O, TFF-ni İkardini PFDK-ya yönləndirməyə çağırıb.
Sosial mediada yayılan görüntülərdən sonra X sosial media platformasında “İkardiyə cəza ver, TFF” həştəqi gündəmin bir nömrəli mövzusuna çevrilib.
Əfsanə Rəcəb
Manşet.az