AFFA “Kəpəz” və “Sumqayıt”ı cərimələdi

16:35 - 21 Fevral 2024

AFFA “Kəpəz” və “Sumqayıt”ı cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunun 2 oyununda baş verən neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.

“Sumqayıt” – “Turan Tovuz” matçında meydançaya kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə olunub.

“Sumqayıt”ın fasilədən sonra meydançaya gec daxil olması səbəbindən ikinci hissə 4 dəqiqə gec başlayıb. Bu, “gənclik şəhəri” təmsilçisinin daha 1500 manat cərimə edilməsinə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az