"Fənərbaxça"dan İspaniya nəhəngi "Real Madrid"ə keçən, ancaq orada oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülərin komandadan icarə əsasında ayrılmaq istədiyir.
Manset.az Defensa Central-a istinadən xəbər verir ki, Arda Gülər ilə Milan, Las Palmas, Mallorca və Real Sosyedad maraqlanıb.
Klubun ayrılma qərarını Arda Gülərin öhdəsinə buraxacağı barədə qeyd edilib. Real Madridə Milandan təklif gəlsə də, prezident Florentino Peres Arda Gülərin İspaniyada qalmasını istəyir.
Arda Gülərin də kirayə qalmaqda maraqlı olduğu iddia edilsə də, o, yay aylarında gələ biləcək təklifləri dəyərləndirməyə hazırdır.
Arda Gülərin “Real Madrid”dən ayrılmaq istəməsinin ilk səbəbi Milli Komandadır.
Arda Gülərin komandadan ayrılmaq istəməsinin səbəblərindən birinin AVRO2024 olduğu deyilir.
Jalə
Manşet.az