Qurban Qurbanovun köməkçisi də qırmızı vərəqə aldı

00:00 - 23 Fevral 2024

Qurban Qurbanovun köməkçisi də qırmızı vərəqə aldı

Avropa Liqasının pley-off mərhələsinin "Braqa"ya qarşı cavab oyununda "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Manset.az  xəbər verir ki, baş hakim Georgi Kabakov mütəxəssisi 89-cu dəqiqədə etirazlarına görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıb. Bununla da E.Rəhmanov texniki heyətin olduğu yeri tərk edib.

Qeyd edək ki, oyunun 57-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev 2-ci sarı vərəqə ilə oyundan kənarlaşdırılıb. Buna sərt şəkildə etiraz etdiyinə görə isə baş hakim Qurban Qurbanova sarı vərəqə göstərib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az