“Qarabağ”ın rəqibi bəlli oldu - YENİLƏNDİ

15:19 - 23 Fevral 2024

“Qarabağ”ın rəqibi bəlli oldu - YENİLƏNDİ

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Manset.az xəbər verir ki, ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

Avropa Liqası, 1/8 final

"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)

***

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Manset.az xəbər verir ki, “pley-off”da “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə “pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış “Bayer” də (Almaniya) var. 

Ümumilikdə Azərbaycan təmsilçisinin 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Slaviya" (Çexiya)

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az