"Qarabağ" - "Bayer-04" oyununa biletlər nə vaxt satışa çıxarılacaq?

14:56 - 29 Fevral 2024

\"Qarabağ\" - \"Bayer-04\" oyununa biletlər nə vaxt satışa çıxarılacaq?

Avropa Liqasının 1/8 final mərhələ oyunu üçün "Qarabağ" - "Bayer-04" matçına biletlərin satış vaxtı bəlli olub.

 

Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, biletlər 1 mart tarixində satışa çıxarılacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Qeyd edək ki, "Qarabağ" - "Bayer-04" matçı 7 mart saat 21:45-də baş tutacaq. Cavab oyunu 1 həftə sonra Leverkuzendə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az