Əlcəzair millisinin yeni baş məşqçisi məlum olub.
Manset.az Əlcəzair Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanı Vladimir Petkoviç çalışdıracaq.
Qeyd edək ki, bosniyalı mütəxəssisin son iş yeri "Bordo" olub. O, Fransa klubundan 2022-ci ilin fevralında ayrılıb. O, "Yanq Boys", "Latsio" və İsveçrə millisini də çalışdırıb.