UEFA Elvin Cəfərquliyevlə Elçin Rəhmanovun cəzasını açıqladı

10:37 - 01 Mart 2024

UEFA Elvin Cəfərquliyevlə Elçin Rəhmanovun cəzasını açıqladı

Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçi Elçin Rəhmanovun cəzaları bəlli olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA İntizam Komitəsi həm futbolçuya, həm də məşqçiyə bir oyunluq cəza verib.

Onların hər ikisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romanonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” (Leverkuzen) görüşü martın 7-də saat 21:45-də başlayacaq.  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az