“Qarabağ”ın “Bayer”lə oyunlar üçün heyəti açıqlandı

23:01 - 01 Mart 2024

“Qarabağ”ın “Bayer”lə oyunlar üçün heyəti açıqlandı

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya təmsilçisi "Bayer"lə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Manset.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov 24 futbolçunun adını iştirak ərizəsinə daxil edib.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzya, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

"Qarabağ" "Bayer"lə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az