FIFA-dan göy vərəqənin tətbiqi ilə bağlı AÇIQLAMA

11:27 - 03 Mart 2024

FIFA-dan göy vərəqənin tətbiqi ilə bağlı AÇIQLAMA

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino qurumun mavi vərəqələrin tətbiqinə qarşı olduğunu bildirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “The Guardian” İnfantinonun bu sözlərini sitat gətirir:

“FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Olmaz”.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) aşağı liqalarda mavi vərəqələrin sınaqdan keçirilməsinə başladığını elan edib. Vərəqə hakimlərlə həddindən artıq mübahisələrə və taktiki qayda pozuntularına görə futbolçulara göstəriləcək. Bir oyunçu mavi vərəqə alarsa, 10 dəqiqə cəzalandırılacaq. Bir matçda iki mavi vərəqə oyundan çıxarılmağa bərabər tutulacaq - oyunçuya qırmızı vərəqə göstəriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az