İspaniya klubu "Qarabağ"a qol vuran futbolçunu aparır

00:21 - 04 Mart 2024

İspaniya klubu \"Qarabağ\"a qol vuran futbolçunu aparır

"Braqa"nın hücumçusu Alvaro Calo "Atletik Bilbao"ya keçir.

 

Manset.az  xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, İspaniya təmsilçisi artıq "Braqa" ilə bütün detallarla bağlı razılığa gəlib və keçidin gələn həftə rəsmiləşəcəyi gözlənilir.

Bilbao təmsilçisi ispaniyalı futbolçu üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.

Xatırladaq ki, "Braqa" UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub. Azərbaycan komandası Portuqaliya klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə AL-in 1/8 final mərhələsinə yüksəlib. Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Calo vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az