Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

10:37 - 04 Mart 2024

Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

 

Manset.az Albaniya mətbuatına istinadən xəbər verir ki, yığmamız bu ölkənin komandası ilə qarşılaşacaq.

Görüş iyunun 7-nə təyin olunub. Avstriyanın Qrats şəhərində baş tutacaq matç yerli vaxtla saat 20:45-də start götürəcək. Bu, AVRO-2024-də çıxış edəcək albanların son yoldaşlıq oyunu olacaq.

Qeyd edək ki, Albaniya yığması AVRO-2024-ün B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə oynayacaq. Albanlar ilk matçlarında iyunun 15-də İtaliyaya ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az