"Bayer Leverkuzen"in Bakıya səfər planları açıqlandı

23:24 - 04 Mart 2024

\"Bayer Leverkuzen\"in Bakıya səfər planları açıqlandı

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer Leverkuzen"in planları bəlli olub.

 

Bu barədə Manset.az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.

Klub rəsmisi Almaniya təmsilçisinin Bakıya martın 6-da, axşam saatlarında gələcəyini açıqlayıb. Ağdamlıların rəqibinin "Hilton" hotelində məskunlaşacağı bildirilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az