Ronaldonun sevgilisi onun futboldan gedəcəyi tarixi açıqladı

12:37 - 05 Mart 2024

Ronaldonun sevgilisi onun futboldan gedəcəyi tarixi açıqladı

Paris Moda Həftəsində podiuma çıxan ulduz futbolçu Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriguez səhnə arxası söhbətində müzakirələrə səbəb olacaq açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rodriguez Ronaldonun bir-iki ildən sonra futbolçu karyerasını tərk edəcəyini bildirib.

Georgina Rodriguez "Kristiano bir il içində təqaüdə çıxacaq. Bəlkə iki il, bilmirəm" deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl Nassr" komandasında çıxış edən Kriştianu Ronaldo ümumilikdə 48 oyun keçirib. Portuqaliyalı ulduz sözügedən matçlarda 42 qol vurub, 13 məhsuldar ötürmə edib.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az