“Beşiktaş”da nələr baş verir? - Abubakar rəhbərliyə reaksiya verdi

12:52 - 07 Mart 2024

“Beşiktaş”da nələr baş verir? - Abubakar rəhbərliyə reaksiya verdi

"Beşiktaş"ın heyətdən kənarlaşdırdıqdan sonra geri əfv etdiyi ulduz futbolçu Vinsent Abubakar "Qalatasaray" derbisində azarkeşlərin reaksiyasından sonra komandada qalmaq fikrində olmadığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçu "İstənilmədiyim yerdə qalmaram” deyərək, rəhbərliyə reaksiya verib. Kamerunlu hücumçunun komandada qalıb-qalmayacağı maraq doğurur.

Beləki, derbidən sonra rəhbərlikdən və komanda yoldaşlarından şikayətçi olan Abubakar, "Heyətdən kənarda qalmağıma səbəb olacaq bir hərəkətdə iştirak etmədim. Əgər belə olsaydı burada olmazdım. Bu hadisə bir səhv və ya anlaşılmazlıq ucbatından baş verdi. Sonra doğru yol tapıldı. Dəstək gözləyərkən belə bir reaksiyaya layiq deyildim. İsdənmədiyim yerdə qalmaqda israr etməyəcəyəm” deyib.

Əbubakarın sözlərindən Beşiktaş Futbol Baş Koordinatoru Səməd Aybaba da xəbərdar olub.

Abubakarla görüşən Aybaba, "İşin meydandadır. Qulağını bağla, işini gör. Azarkeşlər yeri gələndə hər kəsə belə reaksiya verə bilər. Futbolda bu var. Futbolçunun iş onların hamısına meydandakı çıxışı ilə cavab verməkdir” deyərək təsəlli verib.

Qeyd edək ki, bu mövsüm ağ-qara forma ilə cəmi 25 rəsmi matça çıxan Aboubakar sözügedən matçlarda 11 qol vurub, 3 məhsuldar ötürmə edib.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az