Türkiyənin "Fənərbağça" klubundan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə çalışan baş məşqçi Xorxe Jesus yeni komandası ilə dünya rekordunu qırmağa bir addım qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ardıcıl 26 matçda qələbə qazanan portuqaliyalı məşqçinin komandası şənbə günü, martın 8-də oynanılacaq Əl-Riyad oyununda qalib gələcəyi təqdirdə dünya rekorduna şərik ola bilər.
Beləki, "Əl-Hilal" daha bir matçda rəqibini məğlub etsə, "The New Saints"in 27 matçlıq rekorduna yaxınlaşaraq ardıcıl ən çox qalib gələn komanda rekordunu bölüşəcək.
Qeyd edək ki, dünyada ən uzun qələbə seriyasına malik komanda 2017-ci ilə qədər Ajax olub. 1971-72-ci illər arasında 26 oyunluq qələbə seriyası olan Hollandiya komandasının rekordu 2017-ci ildə yenilənib.
The New Saints - 27 matç
Əl-Hilal - 26 matç
Ajax – 26 matç (1972)
Ajax - 25 matç (1995)
Koritiba - 24 matç
Bayern Münhen - 23 matç
Real Madrid - 22 matç
Mançester Siti - 21 matç
Əfsanə Rəcəb
Manşet.az