"Real Madrid" və "Selta Viqo" qarşılaşmasının 89-cu dəqiqəsində oyuna daxil olan türkiyəli futbolçu Arda Gülər komandasının 4-cü qolunu vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ulduz futbolçubu tərifləyib.
Ançelotti futbolçu haqqında "O, böyük istedaddır. Qolu çox yaxşı idi. Onun burada çoxlu gələcəyi var. Buna çox əminik" deyib.
Qeyd edək ki, qarşılaşma 4:0 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.
Əfsanə Rəcəb
Manşet.az