ÇL-də daha iki 1/4 finalçı bəlli olacaq

11:05 - 12 Mart 2024

ÇL-də daha iki 1/4 finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

 

Manset.az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək.

“Arsenal” Londonda “Portu”nu qəbul edəcək. İlk matç Portuqaliya təmsilçisinin yeganə qollu qələbəsi ilə bitib.

Digər oyunda “Barselona” “Napoli”ni sınağa çəkəcək. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb – 1:1.

00:00. “Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1.

00:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
İlk oyun – 1:1.

1/8 finalın son iki oyunu sabah baş tutacaq. Ötən həftə “Bayern”, PSJ, “Mançester Siti” və “Real” 1/4 finala vəsiqəni təmin edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az