"Barselona"nın baş məşqçisi Arda Gülərdən danışdı

17:26 - 12 Mart 2024

\"Barselona\"nın baş məşqçisi Arda Gülərdən danışdı

"Barselona"nın baş məşqçisi Xavi Hernandez  Arda Gülər ​​haqqında diqqətçəkən açıqlamalar verib.

 

Manset.az   İspaniyanın “Defensa Central” idman saytına istinadən xəbər verir ki,   Kataloniya komandasının çalışdırıcısı Xavi Hernandezin Arda Gülərin vurduğu qoldan sonra gənc ulduzun çıxışını heyəti ilə müzakirə etdiyi bildirilib.  Xəbərdə Xavinin Arda haqqında "Bu uşaq əladır! Möhtəşəm qol vurdu. Aramızda olmaması çox üzücü, ayıbdır" dediyi qeyd edilib.

"Barselona"nın böyük səylərə baxmayaraq Arda Güləri transfer edə bilməməsini qiymətləndirən Xavi, "Bu, "Barselona"nın son illərdə etdiyi idman idarəçiliyindəki səhvləri açıq şəkildə ortaya qoyur, lakin unutmaq olmaz ki, gənc türkün Real Madridə imza atmasıdır." 

Qeyd edək ki, 19 yaşlı milli futbolçu mövsümün əvvəlində 20+10 milyon avro qarşılığında “Fənərbaxça”dan “Real Madrid”ə transfer olunub və bənövşəyi-ağlılar klubu ilə 30 iyun 2029-cu ilə qədər müqavilə imzalayıb. Arda Gülər ​​indiyədək 6 matçda Real Madrid formasını geyinmək şansı qazanıb və 1 qol vurub.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az