"Qalatasaray" və "Fənərbağça"nın növbəti transfer yarışı - FOTO

16:25 - 23 May 2024

\"Qalatasaray\" və \"Fənərbağça\"nın növbəti transfer yarışı - FOTO

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qalatasaray" və "Fənərbağça" gənc oyunçu transferlərinə də diqqət ayırıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, iki komanda eyni oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Əzəli rəqiblərin "Union Berlin"in U19 komandasında çıxış edən 10 nömrəli Barış Kalaycı ilə maraqlandığı qeyd edilir.

18 yaşlı futbolçuya komandasındakı çıxışından sonra böyük maraq olduğu iddia edilib.

Gənc futbolçunu "Fiorentina", "Udineze" və "Parma"nın da izlədiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az