Avropa Futbol Liqaları FİFA-nı məhkəməyə verəcək.
                                                            Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, məlumatı məşhur jurnalist Kave Solkehol X sosial şəbəkəsindəki hesabında yazıb. Avropa liqaları bunu yüklənmiş təqvimə görə edəcəklərini bildiriblər. Məlumatda məhkəməyə müraciət edəcək liqaların konkret hansı ölkələrə aid olacaqları açıqlanmır.
Artıq FİFA-nın da açıqlaması özünü çox gözlətməyib. Ali futbol qurumu bəzi ölkələrin liqarının kommersiya maraqlarından çıxış edərək ikiüzlülük etdiklərini açıqlayıb.
Qeyd edək ki, FİFA dünyada əsas futbol təşkilatı sayılır. Qurumun mənzil-qərargahı İsveçrənin Sürix şəhərində yerləşir.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            