“Qəbələ” Küveyt klubu ilə oynayacaq

18:42 - 30 İyul 2024

“Qəbələ” Küveyt klubu ilə oynayacaq

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.

 

Manset.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qırmızı-qaralar” Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək. Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, ötən mövsüm Küveyt çempionatının 1-ci liqasının qalibi olan "Əl-Yarmuk" Premyer Liqaya vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az